AZAL təyyarəsini vuran rusiyalı kapitanın ŞOK SƏSYAZISI
Far.Az xəbər saytı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın ŞOK SƏSYAZISI


2024-cü il dekabrın 25-də AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsini vuran kapitan Dmitri Paladiçukun çəkdiyi eksklüziv audioyazılar və videogörüntülər yayımlanıb.

Far.Az-in "Minval Politika"ya istinadən verdiyi xəbərə görə, Dmitri Paladiçuk Rusiya ordusunun fəaliyyət göstərdiyi şəraiti ətraflı təsvir edir.

Səs yazısında Dmitri Paladiçuk nasaz texnika, təchizat çatışmazlığı, Rusiya ordusundakı nizamsızlıqdan söz açır.

Onun sözlərinə görə, 274 saylı döyüş maşınının ekipajı Qroznıya Suriya kampaniyasından sonra pis texniki vəziyyətdə gəlib.

Dmitri Paladiçuk vurğulayıb ki, "Pantsir"ə texniki qulluq göstərilməyib, termal kamera, radar və optik sistemlər nasaz olub. D.Paladiçuk hələ dekabrın 15-də kor-koranə, hədəfi görmədən atəş açmalı olub.

Xatırladaq ki, AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib. Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Dmitri Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Oxşar xəbərlər

AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər