ASCO-nun gəmiləri "Bakı Gəmiqayırma Zavodu"nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb
Far.Az xəbər saytı

ASCO-nun gəmiləri "Bakı Gəmiqayırma Zavodu"nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmilər "Bakı Gəmiqayırma Zavodu" MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini başa çatdırıb.

Far.Az ASCO-ya istinadən xəbər verir ki, işlərə ASCO-nun "Mühəndis Balarza Məmmədov" torpaqqazan gəmisi, "Bakinskaya-3" və "Bakinskaya-5" torpaqdaşıyan gəmiləri, həmçinin "Abşeronskaya-5" yedək gəmisi cəlb olunub.

Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.

Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
ASCO: Bakı Gəmiqayırma Zavoduna 11 gəminin tikintisi sifariş verilib - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər