Kreml Şoyqunun müdafiə naziri olarkən tabeliyində olan şəxslərin son vaxtlar həbsinə münasibət bildirib
Rusiya Müdafiə Nazirliyinin bəzi keçmiş əməkdaşlarına qarşı Hüquq-mühafizə orqanlarının müntəzəm işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilir.
Far.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu vəziyyəti necə qiymətləndirdiyi və əvvəllər müdafiə naziri vəzifəsində çalışmış Sergey Şoyqunun tabeliyində olan şəxslərin bu cür hərəkətlərindən xəbəri olub-olmaması sualına belə cavab verib.
“Burada sizə cavab verə bilmərəm. Doğrudan da, ciddi ittihamlar irəli sürülür. Müəyyən istintaq hərəkətləri olub. Bu, hüquq-mühafizə orqanlarının sistemli, daimi işidir. Böyük detallardan danışa bilmərik. İstintaq başa çatdıqdan sonra məhkəmə olacaq. Hər bir iş üzrə konkret, fərdi şəxsin təqsirini yalnız məhkəmə tanıya bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini olmuş, bu ilin iyun ayında təqaüdə göndərilən ordu generalı Pavel Popov həbs olunub. O, Rusiya MN-nin “Patriot” parkının inşa olunması zamanı yeyintiyə yol verməkdə və külli miqdarda dələduzluqda ittiham olunur.
Popov müdafiə nazirinin müavini vəzifəsinə qədər isə fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib













