Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransanın Tehrandakı səfiri Pyer Koşar ölkə hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Tehran bu addımları insan hüquqlarının pozulması kimi qiymətləndirir.
"Report" IRNA-ya istinadən xəbər verir ki, İran XİN-in İnsan hüquqları idarəsinin rəhbəri vəzifəsini icra edən Həmid Əhmədi görüş zamanı Fransanın insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərini xatırladıb və əsas azadlıq hüquqlarına, xüsusən də vətəndaşların dinc toplanış hüququna riayət etməyə çağırıb.
Əhmədi Fransa təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı atdığı və ciddi yaralanmalara səbəb olan addımlarından narahatlığını ifadə edib. O, həmçinin 5 mindən çox insanın saxlanıldığını bildirib.
Əhmədinin sözlərinə görə, dinc toplantı iştirakçılarına qarşı bu səviyyədə güc tətbiqinə haqq qazandırıla bilməz.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













