Nəcməttin Dönməz Azərbaycan qazının Suriyaya ixracından danışdı
Far.Az xəbər saytı

Nəcməttin Dönməz Azərbaycan qazının Suriyaya ixracından danışdı


Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək.

Far.Az xəbər verir ki, bu sözləri Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon üzrə təşkilatının sədri Nəcməttin Dönməz deyib.

O, tarixi bir hadisənin iştirakçısı olmaqdan qürur duyduğunu bildirib:

"Belə bir mühüm tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı çox mühüm bir addımdır. Bu qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək".

"Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam etdirəcək", - deyə N.Dönməz qeyd edib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər