Bu ölkədə meymunçiçəyi virusu sürətlə yayılır – 302 yoluxma, 1 ölüm
Far.Az xəbər saytı

Bu ölkədə meymunçiçəyi virusu sürətlə yayılır – 302 yoluxma, 1 ölüm


Qərbi Afrika ölkəsi olan Qanada meymunçiçəyi (mpox) virusunun yayılması davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti (GHS) məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, ölkədə son günlərdə 20 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, may ayından bəri yoluxanların ümumi sayı 302-yə çatıb.

Son həftələrdə virusun yayılmasında kəskin artım müşahidə olunub. Mütəxəssislər bunun xəstəliklə bağlı indiyədək qeydə alınan ən yüksək həftəlik artım olduğunu bildirir və bu halı epidemiyanın dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Rəsmi açıqlamada virusun əsasən yoluxmuş şəxslərlə yaxın fiziki təmas nəticəsində yayıldığı vurğulanıb. Əhali mümkün simptomlara qarşı diqqətli olmağa və şübhəli hallar zamanı vaxtında həkimə müraciət etməyə çağırılıb.

Xatırladaq ki, Qana hökuməti mayın 19-da bu il ilk dəfə 4 nəfərdə meymunçiçəyi virusunun aşkarlanmasını, iyulun 28-də isə ilk ölüm faktının qeydə alındığını açıqlamışdı.

Hazırda ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qrupuna daxil olan şəxslər üçün peyvənd kampaniyası davam etdirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqlayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər