Məmməd Abbasbəyli: "Azərbaycanda dövlət standartlarının tətbiqi 6 dəfə artıb"
Far.Az xəbər saytı

Məmməd Abbasbəyli: "Azərbaycanda dövlət standartlarının tətbiqi 6 dəfə artıb"


2023-cü ildə Azərbaycanda dövlət standartlarının tətbiqi 2020-ci illə müqayisədə 6 dəfə artıb.

“Far.Az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında standartların tətbiqi genişlənib.

“Ölkədə standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil olunması, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyaların tətbiqi, insanların həyat və sağlamlığının mühafizəsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradır”, - deyə M.Abbasbəyli vurğulayıb.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər