Bakıda obyektdəki yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb - VİDEO - YENİLƏNİB-4
Far.Az xəbər saytı

Bakıda obyektdəki yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb - VİDEO - YENİLƏNİB-4


Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

16.29

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirlikdən "Report"a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

16.01

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

15.54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.

"Report"un məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

"Report"un yanğın baş verən ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, yaxınlıqdakı insanlar təxliyə olunur.

Məlumata görə, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti ilə yanğının məhdudlaşdırılması üzrə işlər aparılır.

15:23

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

15:15

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Müxbirlər: Sevil Seymur, Gülər Seymurqızı, Samirə Abdullayeva

FOTO: Ehtiram CƏbiyev

Oxşar xəbərlər

Bakıda SOCAR-ın müəssisəsində yanğın başlayıb, alovun evlərə keçməsinin qarşısı alınıb - VİDEO - FOTO - YENİLƏNİB
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO
Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər