XİN: Bu il ərzində Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb
Far.Az xəbər saytı

XİN: Bu il ərzində Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb


Bəzi penitensiar müəssisələrdə İran vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın XİN-in mətbuat katibi İsmayıl Bəqainin ölkəsinnin Azərbaycanda həbsdə olan vətəndaşları ilə bağlı iddialarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər:

"Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb. Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 İran vətəndaşı arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə iyulun 31-də baş tutub".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər