Qarpızı çox yemək hansı təhlükələrə səbəb ola bilər?
Far.Az xəbər saytı

Qarpızı çox yemək hansı təhlükələrə səbəb ola bilər?


Böyük Britaniyadan olan mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpızın həddindən artıq qəbulu migren və allergiya ilə nəticələnə bilər.

Far.Az xəbər verir ki, bu barədə La Razon nəşri məlumat yayıb.

Həkimlərin sözlərinə görə, qarpız tərkibində çətin mənimsənilən karbohidratlar ehtiva edir ki, bu da həzm pozğunluqlarına səbəb ola bilər.

Bundan əlavə, bəzi insanlarda - xüsusilə də migrenə meyilli şəxslərdə - qarpız migren tutmalarını tətikləyə bilər.

Əvvəlki tədqiqatlar göstərib ki, qarpız qəbulundan sonra - istər migrenli, istərsə də migrensiz insanlarda - qan serumunda nitritlərin səviyyəsi artır.

Nitritlər azot turşusunun qeyri-üzvi duzlarıdır və orqanizmdə müxtəlif hüceyrəvi proseslərdə iştirak edir, ürək və bağırsaq sağlamlığının qorunmasında mühüm rol oynayır. Alimlər güman edirlər ki, bu birləşmələrin həddindən artıq qəbulu baş ağrılarına səbəb ola bilər.

Qarpızin daha bir potensial təhlükəsi - allergik reaksiyalardır. Bu hallar nadir olsa da, bəzi insanlarda ciddi nəticələrə gətirib çıxara bilər. Həkimlər əlavə edirlər ki, qarpızdə təbii şəkərin miqdarı yüksəkdir, buna görə də şəkərli diabeti olan insanlar onun qəbulunu məhdudlaşdırmalıdır.

Bundan başqa, rasionda həddindən artıq qarpız istifadəsi bədənin normal fəaliyyəti üçün vacib olan mineral maddələrin balansı - elektrolit balansının pozulmasına da səbəb ola bilər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər