Turistlərin bir dəfə gedib peşman olduğu şəhərlər - SİYAHI
Far.Az xəbər saytı

Turistlərin bir dəfə gedib peşman olduğu şəhərlər - SİYAHI


Bir çox turist səyahət zamanı müəyyən şəhərləri böyük gözləntilərlə ziyarət edir, lakin reallıq bu gözləntiləri qarşılamadıqda məyus olurlar. Bu bir sıra səbəblərdən dolayı baş verir. Həmin şəhərlərdəki həddindən artıq sıxlıq, yüksək qiymətlər, xidmət keyfiyyətinin aşağı olması və ya sosial mediada yaradılan şişirdilmiş təəssüratlar... 

BAKU.WS xarici KİV-ə istinadən bəzi turistlərin bir dəfə istirahətə gedib peşman olduğu şəhərlərin siyahısını təqdim edir:

Paris şəhəri, Fransa

Yüksək qiymətlər, kobud yerli xidmət, çoxlu turist sıxlığı turistlər arasında "Paris Sindromu" yaradır. Bu xüsusilə Yaponiyalı turistlər arasında geniş yayılıb. 

Gözlənti: romantik və sakit şəhər

Reallıq: izdihamlı, bəzən çirkli küçələr və yüksək qiymətlər

Venesiya şəhəri, İtaliya

Dəhşətli dərəcədə izdiham, çox yüksək qiymətlər, yay aylarında suda yaranan pis qoxu, turist sıxlığı bəzən bu şəhərə gələn turistləri peşman edir.

Gözlənti: romantik qayıq gəzintiləri

Reallıq: sıx kanallar, orijinal italyan təcrübəsindən uzaq bahalı xidmət

Dubay şəhəri, BƏƏ

Süni atmosfer, mədəniyyət çatışmazlığı, yüksək qiymətlər, insan hüquqları ilə bağlı tənqidlər bu şəhərə gələnləri bəzən bezdirir. 

Gözlənti: lüks həyat, gələcək şəhəri

Reallıq: ticarət mərkəzləri və otellərlə dolu, "şou" məqsədli şəhər

Banqkok şəhəri, Tayland

Qarışıq tıxac xaosu, səs-küy, küçələrdəki dələduzlar, şəhərdəki pis qoxular bura gələn turistləri ilk və son dəfə səfər etməyə vadar edir. 

Gözlənti: ekzotik və rəngarəng Asiya təcrübəsi

Reallıq: tıxaclar, bəzi bölgələrdə təhlükəsizlik və təmizlik problemləri

Los-Anceles şəhəri, ABŞ

Evsizlik problemi, çirkli küçələr, tıxac, ümumi cazibənin olmaması bu şəhərə gələnləri buradan uzaqlaşdırır. 

Gözlənti: Hollivudun parıltısı

Reallıq: sosial problemlər, turistlər üçün maraqsız məhəllələr

Qahirə şəhəri, Misir

Aqressiv satıcılar, səs-küy, hava çirkliliyi, dələduzlar bura ilk dəfə gələn turistləri peşman edir. 

Gözlənti: mistik piramidalar və qədim tarix

Reallıq: şəhər xaosu, zəif infrastruktur

Roma şəhəri, İtaliya

Turist sıxlığı, cibgirlik, aqressiv yerli əhali bura gələn bəzi turistləri canından bezdirir. 

Gözlənti: tarixin canlı qalası

Reallıq: həddindən artıq turistdir və yorucu gəzintiləri var.

Bali şəhəri, İndoneziya

Çoxlu turist sıxlığı, bəzi çirkli çimərliklə, mədəniyyətdən uzaq turistik bölgələr bura gələnləri bəzən peşman edir. 

Gözlənti: cənnət adası

Reallıq: izdiham, tıxac və səs-küy... 

Praqa şəhəri, Çexiya

Çoxlu sərxoş turistlər, "bachelor party" mərkəzinə çevrilməsi, yerli mədəniyyətin azalması buradakı turistlər də heç də xoş aura yaratmır. 

Gözlənti: sakit Avropa şəhəri

Reallıq: bəzən "parti şəhəri" imici

Amsterdam şəhəri, Niderland

Çox turistik şəhər, hər şeyin baha olamsı, bəzi ədəb-ərkan və əxlaqi keyfiyyətlərin olmaması turistlərdə narahatlıq yaradır

Gözlənti: tarixi və mədəni şəhər

Reallıq: bəzi bölgələr sadəcə turizmə və əyləncəyə yönəlib

Bu şəhərlərin hər biri əlbəttə ki, gözəl və özünəməxsus xüsusiyyətlərə malikdir, sadəcə olaraq turistlərin gözləntiləri ilə reallıq üst-üstə düşmədikdə məyusluq yaranır. Əgər səyahətdən maksimum zövq almaq istəyirsinizsə, səfəri öncədən yaxşı planlamaq, mövsümi sıxlığa diqqət yetirmək və yerli təcrübələri araşdırmaq məsləhətdir. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər