Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib - SƏBƏB
"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs külli miqdarda cərimələnib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı bir sıra tələblərin pozulduğu müəyyən edilib.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Yoxlama zamanı xəstəxananın rentgen aparatının xəstəyə verdiyi şüa dozasının yol verilən həddi aşdığı və cihazın istismara yararsız olduğu müəyyən edilib. Bundan başqa, xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərən otaqlar aşkarlanıb. Ümumilikdə 9 nöqsan qeydə alınıb.
Artıq ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsi məhdudlaşdırılıb. Xəstəxananın nümayəndəsi məhkəmədə bildirib ki, protokol tərtib edildikdən sonra 9 pozuntudan 8-i aradan qaldırılıb. Hazırda yalnız bir pozuntu - ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmaması qalır. Bu məsələ ilə bağlı FHN və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət edildiyi də vurğulanıb.
Məhkəmənin qərarı ilə Qusar Rayon Mərkəzi Xəstəxanası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə təqsirli bilinərək 12 min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, protokol xəstəxananın sabiq baş direktoru Kamil Hacıyevin dövründə tərtib edilsə də, məhkəmə qərarı bir neçə gün əvvəl vəzifəyə təyin olunan yeni direktor İmran Qurbanovun vaxtında çıxarılıb.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













