Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır
Far.Az xəbər saytı

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır


Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir.

Bəyanatda, həmçinin ABŞ-nin və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib: "Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək".

Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər