Yayda bu qidaları qəti yeməyin – Mütəxəssislərdən xəbərdarlıq
Yay mövsümündə yüksək temperatur bəzi qidaların tez xarab olmasına və sağlamlıq üçün təhlükəli hala gəlməsinə səbəb olur.
Far.Az xəbər verir ki, həkimlər bildirir ki, isti havada qida zəhərlənmələrinin qarşısını almaq üçün bəzi məhsullardan uzaq durmaq vacibdir.
Mütəxəssislərin sözlərinə görə, ilk növbədə mayonezli salatlar, kremli tortlar, açıq havada saxlanılan ət və balıq məhsulları təhlükə yaradır. Bu tip qidalar isti mühitdə sürətlə bakteriya toplayır və qısa müddətdə zəhərlənməyə səbəb ola bilər.
Bundan əlavə, yenidən isidilmiş toyuq, küçə şəraitində satılan fast-food məhsulları və pasterizə olunmamış süd məhsulları da yay aylarında risklidir. Qidaların düzgün saxlanmaması, gigiyena qaydalarına əməl edilməməsi və yüksək temperatur bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Həkimlər tövsiyə edir ki, yayda daha çox təzə bişmiş yeməklərə, yuyulmuş tərəvəz və meyvələrə üstünlük verilsin, qidalar soyuducudan kənarda uzun müddət saxlanılmasın.
Bu qaydalara əməl etməklə həm mədə-bağırsaq problemlərinin, həm də qida zəhərlənmələrinin qarşısını almaq mümkündür.
Oxşar xəbərlər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Yayda bu qidaları 1 gündən artıq saxlamayın! - XƏBƏRDARLIQ
Yay aylarında bu salatlar zəhərlənməyə səbəb ola bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər













