Yayda bu qidaları 1 gündən artıq saxlamayın! - XƏBƏRDARLIQ
İsti hava şəraitində bəzi gündəlik qidaların saxlanma müddətinə xüsusi diqqət yetirilməlidir.
Yay aylarında yüksək temperatur bakteriyaların qida məhsullarında daha sürətli çoxalmasına səbəb olur. Bu isə düzgün saxlanmayan qidaların 24 saatdan sonra ciddi zəhərlənməyə yol aça biləcəyini göstərir.
BAKU.WS yay aylarında 1 gündən artıq qaldıqda tərkibi dəyişən sözügedən qidaları təqdim edir:
1. Bişmiş düyü və makaron
Tərkibində Bacillus cereus adlı bakteriya inkişaf edə bilər. Bu bakteriya qızdırıldıqda belə tam məhv olmur. Düyü və makaron 1 gündən sonra istehlak edilməməlidir.
2. Mayonezli salatlar
Mayonez isti havada tez xarab olur. Açıq havada saxlanılan salatlar 12-24 saatdan sonra ciddi zəhərlənmə riski daşıyır.
3. Süd məhsulları (qatıq, pendir, kəsmik)
Bu məhsullar soyuducuda saxlanılsa belə, açıq vəziyyətdə 24 saatdan artıq qaldıqda istifadə üçün təhlükəli ola bilər.
4. Bişmiş ət və toyuq yeməkləri
Yayda ət məhsullarında bakteriyalar sürətlə artır. Soyuducuda saxlanılsa belə, 1 gündən sonra yenidən yaxşıca qızdırılmadan istifadə olunmamalıdır.
5. Dəniz məhsulları (balıq, midyə və s.)
Ən tez xarab olan məhsullardandır. Hətta soyuducuda belə bir gündən çox saxlanmamalıdır.
6. Yumurtalı yeməklər (omlet, qayğanaq və s.)
Yumurtada olan bakteriyalar isti havada aktivləşir. Bu tip yeməklər 24 saatdan sonra təhlükəli ola bilər.
7. Kremli tortlar və şirniyyatlar
Süd və qaymaq tərkibli kremli şirniyyatlar yüksək temperaturda çox tez xarab olur. Soyuducudan kənarda bir neçə saat qaldıqda belə zəhərlənmə riski yaradır.
Oxşar xəbərlər
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları - Bali adasından REPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













