Falaye Sakonun "Neftçi"nin təklifini qəbul etmə səbəbi bəlli oldu
Far.Az xəbər saytı

Falaye Sakonun "Neftçi"nin təklifini qəbul etmə səbəbi bəlli oldu


Falaye Sakonun "Neftçi"yə keçidinin detalları müəyyənləşib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, "Monpelye"nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.

Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi olub. "Monpelye" Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv edilib.

Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız "Neftçi" yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini "ağ-qaralar"ın xeyrinə edib.

Qeyd edək ki, Sako "Neftçi" ilə iki illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Neftçi"nin yeni transferinin qazanacağı məbləğ bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər