Bakıda 27 yaşlı qadın ərini başqa xanımla yazışanda tutdu: Doqquz bıçaq zərbəsi endirdi
Bakıda 27 yaşlı Aynur Zərbəliyeva başqa xanımla yazışan həyat yoldaşı Sakit Zərbəliyevi ölümcül bıçaqlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Çobanzadə küçəsindəki mənzillərdən birində baş verib.
2015-ci ildə Aynur və Sakit ailə həyatı qurublar. Onların birgə nikahdan övladları olmasa da, Aynurun əvvəlki ərindən iki, Sakitin isə əvvəlki həyat yoldaşından üç övladı olub. Həmçinin, Sakitin qardaşının həyat yoldaşı rəhmətə getdiyi üçün onların da iki övladı bu ailənin himayəsində olub.
Paytaxtın Nizami rayonunda ev alqı-satqısı ilə məşğul olan Sakit başqa bir xanımla münasibət qurub. Bir gün Aynur ərinin telefonunda onun başqa qadınla yazışmasını aşkar edib və ailədə söz-söhbət başlayıb. Məsələ ilə bağlı ailədə bir neçə dəfə mübahisə də yaranıb.
Bir müddət əvvəl cütlük arasında yenidən mübahisə başlayıb və Sakit evi tərk edərək iş yerinə gedib.
Axşam evə qayıdan Sakit Aynurdan çay istəyib. Aynur isə cavabında "get kiminlə yazışırsan, çayı da o versin, sənə çay düşmür" deyib. Cütlük arasında yenidən sözlü mübahisə başlayıb və Sakit yataq otağına keçib yerində uzanıb. Bir neçə saatdan sonra əsəbləri sakitləşməyən Aynur ərini öldürməyə qərar verib və o, bu məqsədlə mətbəxdən bıçaq götürüb sakitcə yataq otağına keçib. Sakiti yatmış bilən Aynur ona hücum edib və Sakitin ürək, boğaz və boyun nahiyələrindən 9 bıçaq zərbəsi endirib.
Ərinin öldüyünü zənn edən qadın evdən çölə çıxıb pilləkəndə oturub. Bu vaxt Sakit yaralı vəziyyətdə pilləkənə çıxaraq ondan su və mobil telefon istəyib. Qadın ərinə əvvəlcə su, sonra isə mobil telefon verib. Sakit telefonla təcili tibbi yardıma zəng vurub kömək istəyib. Həkimlərin köməyi ilə Sakit xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aynur Zərbəliyeva saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb və A.Zərbəliyeva barədə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, A.Zərbəliyeva həyat yoldaşı ilə barışıb.
Məhkəmənin hökmü ilə A.Zərbəliyeva 11 il 3 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













