İnsanın genetikası yoluxucu xəstəliklərə həssaslığı müəyyən edə bilər
Far.Az xəbər saytı

İnsanın genetikası yoluxucu xəstəliklərə həssaslığı müəyyən edə bilər


İnsanın genetikası yoluxucu xəstəliklərə həssaslığı müəyyən edə bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə insanın genetik quruluşu yalnız irsi xəstəliklərə deyil, həm də yoluxucu xəstəliklərə qarşı həssaslığa və ya davamlılığa təsir edə bilər.

Genetik mutasiyalar bəzi hallarda birbaşa xəstəliyin səbəbi olur. Məsələn, oraqvari hüceyrə anemiyası, kistik fibroz və hemofiliya kimi xəstəliklər insanın DNT-sindəki dəyişikliklər nəticəsində yaranır.

Eyni zamanda, müəyyən gen dəyişiklikləri insanı yoluxucu xəstəliklərdən qoruya və ya əksinə, daha həssas edə bilər. Məsələn, CCR5-delta32 mutasiyasına sahib şəxslər HİV-ə qarşı təbii müqavimət göstərir, bəzi HLA gen variantları isə hepatit B və malyariyaya qarşı qoruyucu təsirə malikdir.

Mütəxəssislərin fikrincə, genetika yoluxucu xəstəliklərin qarşısını tamamilə ala bilməsə də, xəstəliyin gedişatını, orqanizmin reaksiyasını və sağalma prosesini ciddi şəkildə formalaşdıra bilər. Bu səbəbdən gələcəkdə genetik tədqiqatların fərdi müalicə və profilaktika strategiyalarında mühüm rol oynayacağı gözlənilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər