Polis narkotikin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarladı - ANAAN VİDEO
Far.Az xəbər saytı

Polis narkotikin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarladı - ANAAN VİDEO


Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Far.Az-ə  verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
DİN-dən böyük ƏMƏLİYYAT - 1 tona yaxın çətənə kolu yetişdirilən istixana aşkarlandı
Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə yetişdirən şəxs saxlanılıb
Polis paytaxtda xüsusi əməliyyat KEÇİRDİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər