Qusarda baltalanan qadın Bakıya köçürüldü, vəziyyəti ağırdır
Qusar rayonunun Yuxarı Tahircal kəndində 12-ci əri tərəfindən baltalanan Şəlalə Ömərova Bakıya gətirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarətlər alan Ş.Ömərovaya Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilsə də, onun vəziyyəti ağırlaşıb. Yaralı qadın Təcili Tibbi Yardım briqadası ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib. Qadın hazırda reanimasiya şöbəsindədir, vəziyyəti olduqca ağır qiymətləndirilir.
Xatırladaq ki, rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov mübahisə zəminində qeyri-rəsmi yaşadığı, 1977-ci il təvəllüdlü Şəlalə Ömərova və onun qardaşı, 1968-ci il təvəllüdlü Şirin Ömərovu yatdıqları yerdə baltalayıb. Hadisə nəticəsində Şirin Ömərov hadisə yerində ölüb, Şəlalə Ömərova isə ağır baş və bədən xəsarətləri alıb.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.
Məlumata görə, V.Əlibəyov Ş.Ömərovanın qeyri-rəsmi 12-ci əri olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













