Tramp Avropanın Putin və Zelenski arasında görüş təşkil etmək planlarını açıqlayıb
Far.Az xəbər saytı

Tramp Avropanın Putin və Zelenski arasında görüş təşkil etmək planlarını açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdən sonra özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib.

Far.Az report-a istinadən xəbər verir ki, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Tramp-Zelenski görüşündə qarşılıqlı ittihamlar, söz davası – Ukrayna liderinin reytinq mübarizəsi
Zelenski Vatikanda Trampla görüşünü şərh etdi: "Qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər