"Kəpəz" yeni transferlərini və müqavilə müddətini artırdığı futbolçuları açıqlayıb
Far.Az xəbər saytı

"Kəpəz" yeni transferlərini və müqavilə müddətini artırdığı futbolçuları açıqlayıb


Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.

Far.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var.

20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.

Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər