Cokoviç US Open turnirində 3-cü mərhələdə sensasiyalı şəkildə məğlub olub
Serbiyalı tennisçi Novak Cokoviç US Open turnirinin 3-cü mərhələsində avstraliyalı Aleksey Popırinə uduzub.
“Report” xəbər verir ki, bu, onun adıçəkilən turnirin 3-cü mərhələsində son 18 ildə ilk məğluniyyəti olub.
3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.
4-cü mərhələdə Popırin ABŞ təmsilçisi Frensis Tiafoya qarşı oynayacaq.
Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər və qadınlar arasında Böyük Dəbilqə yarışlarında təkli halda ən çox qələbə qazanmış (Marqaret Kort ilə birlikdə) idmançıdır. O, ATP seriyalı turnirlədə 99 dəfə qalib gəlib, bunlardan 98-ni təkli halda bacarıb.
Serbiyalı tennisçilərin cari reytinq siyahısında ikincidir.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti raunda yüksəlib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













