Fransa bir müddət əvvəl saxlanılmış azərbaycanlı uşaqların Almaniyaya qaytarılmasına razılıq verib
Azərbaycanın Fransadakı səfirliyi ölkə vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb.
Far.Az "Report"a istinadən məlumatı təqdim edir: "Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.
Həmin uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.
Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə bu ölkənin hüquqları müstəvisində müvafiq tədbirlər görüləcək.
Hazırda həm Azərbaycanın müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcək.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə belə hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş edilir. Səfirliyin məsələ ilə bağlı əvvəlcədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













