Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!
Far.Az xəbər saytı

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!


Azercell milli dəyərlərimizi müasir texnologiyalar vasitəsilə yaşatmaq, onları geniş auditoriyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə "Milli və müasir" rəqəmsal muzeyi layihəsini təqdim edir. Bu innovativ təşəbbüs sənət və texnologiyanı birləşdirərək şirkətin hər iki sahəyə olan dəstəyini bir daha vurğulayır.

Unikal layihə çərçivəsində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən 15-dən çox rəqəmsal incəsənət nümunəsi "Milli və müasir" muzeyində artıq nümayiş olunur. Bu məzmun ənənəvi təsvir və muzeylərdən tutmuş film və teatr tamaşalarına qədər milli mədəni irsin geniş spektrini özündə birləşdirir. Süni İntellekt (AI) və Kompüterlə Yaradılmış Görüntülər (CGI) kimi qabaqcıl texnologiyalar vasitəsilə hazırlanan məzmun Azərbaycan mədəniyyətinə müasir baxış qazandırır.​ Platformada təqdim edilən rəqəmsal məzmunun daha da genişləndirilməsi nəzərdə tutulur.

Layihə haqqında daha çox məlumat əldə etmək, müxtəlif müsabiqələrə qoşulmaq və hədiyyələr qazanmaq üçün Azercell-in Instagram səhifəsini izləyin.

#MilliVəMüasir

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər