Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
İyunn 24-25-də Bakıda sayca 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu" (AIIF-2026) keçiriləcək.
"Far.Az" bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və ASA-nın təşkilatçılığı ilə baş tutacaq. Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların iştirakı gözlənilir.
2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatılacağı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər













