Məhsullarımız Rusiya əvəzinə bu ölkələrə göndərilə bilər - VACİB AÇIQLAMA
"2024-cü ildə Azərbaycanın qeyri-neft ixracatı 3,4 milyard dollara yaxın olub və bu ixracatın 50 faizindən çoxu iki ölkənin payına düşüb və daha çox məhsul Rusiya və Türkiyəyə ixrac olunub".
Bu sözləri Far.Az-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qeyri-neft ixracatının 50 faizdən çoxunun iki ölkənin payına düşməsi ondan xəbər verir ki, bütövlükdə ixracın şaxələndirilməsi və yeni bazarlara ixrac məhsullarının göndərilməsi vacibdir:
"İxrac edilən qeyri-neft məhsullarımızın 35 faizə yaxını Rusiyanın payına düşür. Biz il ərzində ixrac etdiyimiz hər 100 dollar dəyərində qeyri-neft məhsulunun 35 dollarını məhz Rusiya bazarına göndəririk.
Bazarların şaxələndirilməsi və yeni bazarlara məhsulların göndərilməsi çox vacibdir. Bu baxımdan əslində Azərbaycan üçün həm də qeyri-neft ixracatının dayanıqlığının gücləndirilməsi aspektindən də həm Avropa İttifaqı, həm də Körfəz ölkələri bazarlarına çıxış əhəmiyyətli məqamlardan biridir. Həmin bazarlarda bir tərəfdən alıcılıq qabiliyyəti yüksəkdir, digər tərəfdən dayanıqlıdır, eyni zamanda, həm də yeni standartların tətbiqi yolu ilə Azərbaycanın qeyri-neft məhsullarının daha çox bazarlara çıxışını təmin etmiş olur. Ona görə, həm statistika, həm regionda baş verənlər bir daha təsdiq edir ki, yeni bazarlara çıxış imkanları və qeyri-neft ixracatının diversifikasiya olunması prioritetdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













