Sumqayıtda fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb
Far.Az xəbər saytı

Sumqayıtda fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, D.Bünyadzadə küçəsi, 31B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bəylər Abas oğlu Əzizova məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər