Keçmiş "Qarabağ"lı: "Qurbanın səsi o qədər vahiməli idi ki, Musa qaçmağa məcbur oldu"
"Musa Qurban Qurbanovun ən həssas yeri olub. Daim təmkinli, duyğularını büruzə verməyən "dağ adam"ın bəlkə də həyatında önəmli rolu oynayan qardaşının adını da Musaya verməsi içindəki ən kövrək duyğularına sığınıb. O sərt görünən cismində Musaya qarşı iftixarlılığı, sevgisi bəlkə də ən boşaldığı məram olub".
BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, altı yaşı olanda Musa komanda ilə "kamp"a getmişdi. Topa başla zərbə vururdu, kiçicik cismi ilə ağır topa toxunması ağlatsa da, israrla zərbələr endirirdi:
"İlk dəfə Qurbanovu onda görmüşdüm, "dağ adam"ın "əriməsi"ni...
10 il sonra Musa əsas komandaya qoşulanda özündən çox böyüklərlə mübarizə təbii ki, ağır idi. Sərt toqquşmalar, müdaxilələr "Qarabağ"ın məşqlərində adi şeylər idi.
İlk məşqlərin birində Musa sərt müdaxilə ilə yerdə qaldı. Ağrıdığı, canı yandığı çox aydın hiss olunurdu. Başqa vaxt olsaydı, məşq mütləq saxlanılar, tibbi müdaxilə olardı.
Amma "dağ adam"dan dağdan ağır səs gəldi: "Davam edirik!"
Səs o qədər vahiməli idi ki, Musa ağrıdan sızlaya-ağrıya axsayaraq qaçmağa məcbur oldu.
O zaman bəlkə ilk dəfə Musa Qurban Qurbanovun atadan daha böyük biri olduğunun fərqinə vardı.
Hər zaman ədalətli davranmağa, hər kəsin haqqını verməyə çalışan məşqçi Qurbanov ata Qurbanova qalib gəlmişdi. Eləcə də, oğlunu bir gözü gülüb, bir gözü ağlayıb soyuq İsveçə göndərəndə də.
Dünən Musa qol vuranda Qurbanov bəlkə də həyatının ən ağır duyğusunu yaşadı: Atalıq iftixarı, yoxsa illərlə futbolun yükünü tək belində daşımaqla sevincinin fərdiləşməsindən çəkinməklə...
Övlad uğurunu komandanın qələbəsində "gizlətməklə".
İçindəki dünya boyda sevinmə hissini özünə qıymamaqla".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













