Raketlə vurulan Gəncədəki binaların yeri indi belə görünür
Far.Az xəbər saytı

Raketlə vurulan Gəncədəki binaların yeri indi belə görünür


Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

BAKU.WS xəbər verir ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident 2022-ci ilin yanvarında qoyub.

44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək kompleksdə ikimərtəbəli muzey binası və sərgi zalı olacaq. 

Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raketlə vurulub. Nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər