Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi Ermənistan və Azərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.
*** 15:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasındakı əlaqələr, Rusiya və Ukrayna arasındakı sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir çox regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Ukrayna - Rusiya müharibəsinin ədalətli sülhlə başa çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib.
Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında hər cür səylərə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.
Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan böyük bir humanitar fəlakətin yaşandığı Qəzzada atəşkəsin təmin olunması üçün Türkiyənin çalışdığını qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Suriya ilə İsrail barışır? - Yaxın Şərqdə yeni mərhələ
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək













