Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq
Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"ün efirində deyib.
O, bildirib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: "Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xəttdir. Dörd, ən geci beş il sonra bu dəhlizi tam şəkildə işə salacağıq".
"İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. İş bizimlə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Məqsədimiz işi eyni vaxtda tamamlamaqdır.
Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars xətti olduğundan bu yeni dəhliz türk dünyasına daha qısa və problemsiz bir marşrut təqdim edəcək. Bakı-Tbilisi-Qars müəyyən imkanlara malikdir və o tutuma çatanda yeni dəhlizlərə ehtiyac yaranacaq", - nazir bildirib.
A.Uraloğlu qeyd edib ki, Zəngəzurla bağlı ətraflı müzakirələr gedir, lakin təfərrüatlar dəqiqləşməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













