Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq?
"Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qısa müddətli işlərdə çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə, işlədikləri saatlara uyğun ödəniş almalarına və eyni vaxtda bir neçə iş yerində fəaliyyət göstərmələrinə imkan yarada bilər".
BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqının məbləği aylıq minimum əməkhaqqının iş saatlarına bölünməsi ilə əldə olunan göstəricidən yüksək müəyyənləşdiriləcək. Bunun üçün xüsusi əmsallardan istifadə olunacaq:
"Yeni sistem xüsusilə turizm və ictimai iaşə kimi sahələrdə çalışanlar üçün əhəmiyyətlidir. Məsələn, bələdçi kimi fəaliyyət göstərən şəxsə gün ərzində cəmi 3-4 saatlıq xidmət üçün ehtiyac yarana bilər. Mövcud mexanizmdə belə qısamüddətli işlərin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi çətinlik yaradırdı.
Yeni qaydalar işəgötürənlərə saatlıq əmək müqaviləsi bağlamaq imkanı verəcək. Beləliklə, vətəndaş yalnız işlədiyi saatlara görə deyil, həm də rəsmiləşdirilmiş əmək münasibətlərindən irəli gələn hüquqlara sahib olacaq".
V.Bayramov əlavə edib ki, bu, pensiya kapitalının formalaşması baxımından da əhəmiyyətlidir. Çünki əmək müqaviləsi ilə işləmək sosial təminat və gələcək pensiya hüquqları ilə birbaşa əlaqəlidir:
"Yeni mexanizm vətəndaşların bir neçə iş yerində çalışmasına da şərait yaradacaq. Xüsusilə hibrid iş rejimində çalışan və müvafiq peşə bacarıqlarına malik şəxslər həftənin müəyyən günlərində və ya ayrı-ayrı saatlarda müxtəlif işəgötürənlərlə əməkdaşlıq edə biləcəklər.
İlkin mərhələdə bir neçə sektor müəyyənləşdiriləcək, gələcəkdə isə saatlıq minimum əməkhaqqı sisteminin bütün sahələrə tətbiqi hədəflənir. Hazırda məşğul əhalinin təxminən 35 faizi əmək müqaviləsi ilə çalışır. Saatlıq əməkhaqqı mexanizminin tətbiqi qeyri-rəsmi məşğulluğun azalmasına və əmək müqavilələrinin sayının artmasına da təsir göstərə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













