İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
Far.Az xəbər saytı

İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq


İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb", - məlumatda bildirilib.

Telekanal qeyd edib ki, qərar İran XİN başçısı Abbas Əraqçi ilə yüksək vəzifəli avropalı diplomatlar arasında telefon danışığından sonra qəbul edilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xarici diplomatlar Cıdır düzündə olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər