Lukaşenko Trampı Bakı ilə İrəvan arasında imzalanan sülh sazişinə görə təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla söhbətində onu Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sazişlərin imzalanması münasibətilə təbrik edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Belarus lideri jurnalistlərlə söhbətində deyib.
"Mən onu Ermənistan və Azərbaycanla bağlı təbrik etdim. Axı bu, böyük müsbət haldır. Mən ki, Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Bunu (Naxçıvanı – Qeyd) Azərbaycanla birləşdirmək həqiqətən lazım idi. Bu sülh müqaviləsidir. Onlar (ABŞ – Qeyd) bu dəhlizin Ermənistan ərazisindən keçməsinə kömək edəcəklər. İki ərazi olacaq. Azərbaycan öz bölgəsi ilə (Naxçıvana - Qeyd) təkcə hava yolu ilə bağlı deyil. O (Tramp - Qeyd) buna layiq idi. Mən də onu təbrik etdim".
Yada salaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişi paraflayıblar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













