Bakı, Daşkənd və Aşqabad arasında birgə bəyanat qəbul edilib
Azərbaycan, Türkmənistan və Özbəkistan regional və qlobal miqyasda sülhün, sabitliyin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində uzunmüddətli kursun sarsılmazlığını təsdiqləyir.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun avqustun 22-də Türküstanda keçirilən üçtərəfli sammitin yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.
Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qarşılıqlı əməkdaşlığın üç xalqın çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda davam etdiriləcəyi qeyd olunur.
Tərəflər ən yüksək və yüksək səviyyədə sıx təmasların davam etdirilməsinin, üç ölkənin xarici siyasət fəaliyyətində qarşılıqlı fəaliyyətin və müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də BMT çərçivəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













