Azərbaycan, Türkmənistan və Özbəkistan arasında ticari-iqtisadi əməkdaşlıq genişlənir
Far.Az xəbər saytı

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında ticari-iqtisadi əməkdaşlıq genişlənir


Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.

Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qeyd edilir ki, tərəflər dövlətlər arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə ümumi rəy bildiriblər.

Bu kontekstdə tərəflər öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç dövlətin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə əlaqərləri aktivləşdirmək qərarına gəliblər.

Bildirilir ki, onlar həmçinin nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində əməli fəaliyyətlərin intensivləşdirilməsini, üç ölkə xalqlarının maraqlarına cavab verən birgə layihələrin işlənib hazırlanmasını və həyata keçirilməsini dəstəkləyiblər.

Bundan əlavə, istehsal və sənaye əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdıməhəmmədov tekstil, kimya, tikinti və digər sənaye sahələrində birgə müəssisələrin yaradılması yolu ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər