MSK sədri: İlkin nəticələr səsvermə günü gecə açıqlanacaq
Seçkilərdə xoşagəlməz hallar ola bilər.
"Far.Az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, məntəqədə belə hallar olarsa, yerində qərar çıxartmaq lazımdır:
"Əgər həmin qərardan şikayət olarsa, MSK-da baxılır. Seçicilərin iradəsindən kənar hal baş verərsə, məntəqənin nəticələri ləğv ediləcək. Əgər pozuntular eyni dairədə daha çox qeydə alınsa, ümumilikdə dairənin nəticələri ləğv ediləcək".
MSK sədri onu da bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.
O qeyd edib ki, 2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək.
20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
MM-ə seçkilərlə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













