Azərbaycan iyulda pambığın ixracını 7 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan iyulda pambığın ixracını 7 %-ə yaxın artırıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 109 milyon 735,96 min ABŞ dolları dəyərində 76 min 286,16 ton pambıq lifi (mahlıc) ixrac edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 13,2 %, həcmi isə 7,4 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 5,89 % təşkil edir.

İyulda isə ölkədən 9 milyon 496,55 min ABŞ dolları məbləğində 6 min 744,57 ton pambıq lifi ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 7,4 % və 6,9 % çoxdur.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycandan ixrac edilən polimerlərin dəyəri 20 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər