Sankt-Peterburqda 10 min miqrant taksi sürücüsü və kuryer işləyə bilməyəcək
Rusiyanın Sankt-Peterburq şəhərində 10 minə yaxın miqrant taksi sürücüsü və kuryer işləmək imkanını itirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Fontanka" portalı Komitə sədrini müavini Tatyana Morozkovaya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ötən il Peterburqda miqrantlara 200 mindən çox patent verilib: onların 1,6%-i taksi sahəsinə, 3,4%-i isə kuryer işlərinə aid olub.
Məlumata görə, söhbət təxminən 10 min nəfərdən gedir.
"Lakin biz başa düşürük ki, taksi sürücüləri və kuryerlər başqa patentlərlə də – məsələn, fəhlə kimi işləyirlər. İşəgötürənlər onları başqa patentlərlə də işə götürür", – deyə Morozkova əlavə edib.
O vurğulayıb ki, miqrantların taksi və çatdırılma sahəsində işləməsinə qoyulan qadağa mədəniyyət paytaxtının iqtisadiyyatına təsir etməyəcək.
Avqustun 11-də Sankt-Peterburqda miqrantlara kuryer çatdırılma sahəsində işləmək qadağan edilib. Bildirilib ki, söhbət nəqliyyat vasitələrindən istifadə edilən çatdırılma da daxil olmaqla bütün növ kuryer fəaliyyətindən gedir.
Kuryer iş yerlərinin məktəblilər və tələbələr üçün maraqlı ola biləcəyi qeyd olunub. Hökumət nümayəndələri əlavə ediblər ki, bu yeniliklər çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək, çünki xarici vətəndaşlar şəhərdə ümumi kuryerlərin çox cüzi hissəsini təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













