Azərbaycan ərazisindən keçən dəhlizlərdən əldə olunan gəlirlərin həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 260 804,5 min gəlir əldə olunub, bu da illik müqayisədə 5,6% azalma deməkdir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu ilə yük daşımalarından gəlirlər 163 922,9 min manat səviyyəsində olub ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1% azdır.
Qeyd olunur ki, dəniz nəqliyyatı üzrə yanvar-iyun aylarında daşımalar üzrə əldə edilən gəlirlər 96 881,6 min manat olub və 2024-cü ilin birinci yarısının göstəricisi ilə müqayisədə 1,1% artıb.
Bildirilir ki, ötən ilin birinci yarısında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 276 189,4 min gəlir əldə olunub, bunun da 180 319,8 min manatı dəmir yolunun, 95 869,6 min manatı isə dəniz ilə daşımaların payına düşüb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7120,1 min ton, dəniz nəqliyyatı ilə 3752,2 min ton və avtomobil nəqliyyatı ilə 5307,7 min ton yük daşınıb.
Hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8300,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4088,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4690,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2930,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,1 faizini tranzit yüklər təşkil edib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













