Məsud Pezeşkiandan ittihamlara cavab: "Günahkar bizik, onlarda təqsir yoxdur"
Far.Az xəbər saytı

Məsud Pezeşkiandan ittihamlara cavab: "Günahkar bizik, onlarda təqsir yoxdur"


İran Prezidenti Məsud Pezeşkian "Hökumət həftəsi" çərçivəsində etdiyi çıxışda son bir ayda Azərbaycan Respublikası ilə bağlı söylədiklərinə görə ona yönələn ittihamlara qətiyyətli bir şəkildə cavab verib.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunur.

Müəllif qeyd edib ki, İran prezidenti onu ittiham edənlərə xatırladıb ki, iki ölkənin dərin tarixi bağları var.

"İndi biri çıxıb mediada soruşur: "Kim deyib ki, onlar bizim qardaşlarımızdır?" Mən deyirəm ki, onlar bizim qardaşlarımızdır! Əslində bizim suyumuz, torpağımız bir olub. İndi arada sərhəd çəkilib. Necə ki, məhəllədəki qonşuların hərəsinin öz evi var, hərə də öz evinin sahibidir. Amma biz bir-birimizlə qardaşıq, qohumuq", - M.Pezeşkianın sitatında bildirib.

Xatırladaq ki, iyul ayının sonunda Məsud Pezeşkian Zəncana səfəri zamanı İran-Azərbaycan münasibətləri barədə geniş reaksiyalar doğuran açıqlama verib.

"Azərbaycan bizim qohumumuz və doğmamızdır", - deyən İran prezidenti Azərbaycanla münasibətlərin lazımi səviyyədə olmamasında İran tərəfinin məsuliyyət daşıdığını vurğulayaraq bildirib: "Bizim problemimiz nədədir ki, öz bacı-qardaşlarımızla dostcasına və sağlam əlaqə qura bilməmişik? Günahkar bizik, onlarda təqsir yoxdur".

M.Pezeşkianın bu açıqlaması İrandakı Anti-Azərbaycan dairələrin və paniranist cərəyanın ciddi narahatlığına səbəb olub, onlar son həftələr ərzində M.Pezeşkianın əleyhinə çoxsaylı yazılar yazıb, çıxışlar ediblər. Həmin açıqlamadan sonra bəziləri Azərbaycan Respublikasından danışarkən kinayə ilə "Pezeşkianın qohumları" ifadəsini işlədiblər.

Bu işdə ötənilki prezident seçkilərində Pezeşkianın rəqibi olmuş Səid Cəliliyə yaxın şəxslər, o cümlədən Cəlilini dəstəkləyən "Sabitlik Cəbhəsi" təşkilatına mənsub siyasətçilər xüsusi canfəşanlıq göstəriblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər