SOCAR: Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq
Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib. Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.
Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.
SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.
Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.
Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.
İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.
Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













