Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
Far.Az xəbər saytı

Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər


Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar Türkiyədə baş tuta bilər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib.

Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir.

"Həftə ərzində Türkiyə ilə təmaslar olacaq, (Fars -red) körfəzi ölkələri, rusiyalılarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq", - Zelenski bildirib. "Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir", - o əlavə edib.

Zelenski əlavə edib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və dialoqa hazırlaşmaq üçün bütün səylərini göstərir. Bununla belə, onun fikrincə, əsas amil Rusiyaya təzyiq göstərməkdə və real sülh prosesinə başlamaqda iradəsi həlledici ola biləcək dünya liderlərinin, ilk növbədə ABŞ-nin mövqeyi olaraq qalır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər