Bu heyvanlar silahlı mühafizə ilə qorunur - cəmi 2 ƏDƏD QALDI
Far.Az xəbər saytı

Bu heyvanlar silahlı mühafizə ilə qorunur - cəmi 2 ƏDƏD QALDI


Keniyanın mərkəzində yerləşən təbiət qoruğunda dünyada sağ qalan son iki şimal ağ kərgədan 24 saat silahlı mühafizəçilərin nəzarəti altında yaşayır.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, uzun illər davam edən qanunsuz ov və vətəndaş müharibələri bu növü məhv olmaq həddinə gətirib. "National Geographic"in avqustun 24-də yayımlanan "Son Kərgədanlar: Yeni Ümid" adlı sənədli filmi bu nadir növü qoruma səylərindən bəhs edir.

2018-ci ildə 45 yaşlı erkək kərgədan Sudanın ölməsi ilə bu növdən yalnız 36 yaşlı dişi Najin və onun 25 yaşlı balası Fatu qalıb. Hazırda alimlər Sudan və digər erkəklərdən götürülən sperma ilə Fatudan toplanan yumurtaları süni mayalanma yolu ilə dölləyərək embrionlar hazırlayır. İndiyədək 38 embrion əldə edilib və onlar daşıyıcı kimi cənubi ağ kərgədanlara yerləşdirilir.

Hazırda dünyada beş kərgədan növü mövcuddur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər