Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək
Far.Az xəbər saytı

Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək


Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə klassik musiqi gecəsi baş tutacaq.

APA-nın məlumatına görə, saat 19:00-da başlanacaq konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Günel Hacıyeva, Səma Həmzəyeva çıxış edəcək.

Musiqili gecədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bu gün maestro Niyazinin doğum günüdür
“Min bir gecə” baleti Pekində nümayiş olunub
Maestro Niyazinin məzarı ziyarət edilib
Gəncədə “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimat mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər