UEFA-dan yeni qərar: Finallar üç saat tez başlayacaq
Far.Az xəbər saytı

UEFA-dan yeni qərar: Finallar üç saat tez başlayacaq


Bundan sonra Çempionlar Liqasının final oyunları 3 saat daha tez başlayacaq.

UEFA 2025/26 mövsümündən etibarən turnirin həlledici matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacağını açıqlayıb.

UEFA-nın bəyanatında deyilir:

"Bu qərar azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlər üçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, logistika və əməliyyatların optimallaşdırılması hesabına həyata keçiriləcək və bir sıra nəzərəçarpacaq üstünlüklər təmin edəcək. Məqsədimiz bu möhtəşəm hadisədə iştirak etmək istəyən hər kəs üçün oyun gününü həqiqətən də zövqlü etmək və ailələrin, uşaqların mövsümün ən böyük və əhəmiyyətli klub oyununa asanlıqla gəlmələrinə şərait yaratmaqdır.

Başqa şəhərlərdən gəlmiş azarkeşlər üçün bu dəyişiklik ictimai nəqliyyata - xüsusilə də oyundan sonra - daha rahat çıxış və stadiondan təhlükəsiz və rahat şəkildə qayıdış imkanı verəcək. Təşkilatçı şəhərlər üçünsə bu, tədbirin müsbət iqtisadi təsirini artıracaq, çünki azarkeşlər bayram əhvalını davam etdirə biləcəklər.

Yeni yayım vaxtı, həmçinin daha əlçatan yayım cədvəlinin formalaşmasına töhfə verəcək, bu isə final oyununu bütün dünyada daha geniş televiziya və rəqəmsal auditoriyaya çatdırmağa kömək edəcək - xüsusilə gənc tamaşaçıların cəlb olunmasına xüsusi diqqət yetirilir".

Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər