Solovyovu Azərbaycana qarşı hürdürənlər - Kremldə küçə bazarı
Far.Az xəbər saytı

Solovyovu Azərbaycana qarşı hürdürənlər - Kremldə küçə bazarı


"Rusiyanın ucuz təbliğat meydanının iki "şoumen"i: Sergey Mardan və Vladimir Solovyov. Onlar jurnalist deyil, sadəcə Kremlin ruporlarıdır. Fakt yoxdur, sənəd yoxdur - yalnız qışqırıq və təhqir var.

Sanki siyasi debat deyil, küçə bazarıdır. Mardan küçə leksikonunu efirə daşıyan səs-küylü fiqurdursa, Solovyov illərdir Kremlin mikrofonuna sarılmış, özü-özünü "böyük analitik" sanan, əslində isə siyasi şou-biznes aparıcısından uzağa getməyən biridir".

Bu barədə Baku TV-də yayımlanan süjetdə bildirilib.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Sahib Alıyev qeyd edib ki, onları ən çox qəzəbləndirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına verdiyi müsahibədə işğalın təkrarlanmasının mümkün olmadığını açıq şəkildə ifadə etməsidir:

"Eyni zamanda burada Şuşa Bəyannaməsinin xatırladılması və bu bəyannamənin - yəni Azərbaycanla Türkiyə arasındakı hərbi-siyasi müttəfiqliyin gələcəkdə digər türk dövlətləri üçün də keçərli olacağına eyham vurulmasıdır. Həmin müsahibədə Cənab Prezident haqlı olaraq bildirdi ki, gələcəkdə Türk Dövlətləri Təşkilatını qlobal oyunçu gözündə görür. Bu həm də o deməkdir ki, həmin imperiya əgər gələcəkdə türk dövlətlərini işğal etmək niyyətinə düşsə, qarşısında bütün türk dövlətlərini birgə görə bilər".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər