Alimlər Marsın daxilində nə olduğunu açıqladı
Alimlər NASA-nın InSight aparatı vasitəsilə əldə olunan seysmik məlumatları araşdıraraq Marsın daxili quruluşunu yenidən modelləşdiriblər.
BAKU.WS xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, Qırmızı Planetin mantiyası hələ də 4,5 milyard il əvvələ aid nəhəng qayaları özündə saxlayır.
Araşdırmalar göstərib ki, mantiyada dərinliyi 4 kilometrə qədər çatan nəhəng qaya blokları mövcuddur. Bu parçaların planetin yaranmasının ilk dövrlərində baş verən kosmik toqquşmaların qalığı olduğu bildirilir.
Günəş Sisteminin ilk 100 milyon ilində Mars və Yer kimi daxili planetlər intensiv şəkildə meteorit yağışına məruz qalıb. Alimlərin sözlərinə görə, həmin toqquşmalar Marsın gənc qabığını dağıdaraq geniş magma okeanlarının yaranmasına səbəb olub. Soyuma və kristallaşmadan sonra isə müxtəlif tərkibli qaya parçaları mantiyanın dərinliklərində qalıb.
Alimlər bildirir ki, "Marsın daxilində qorunub saxlanılan qədim strukturlar planetlərin geoloji tarixi və təkamülünü öyrənmək üçün unikal imkan yaradır."
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













