Dağıstanlı dünya çempionu niqablı həyat yoldaşına görə küçədə silaha ət atıb
Rusiyanın Mahaçqala şəhərində sambo üzrə dünya çempionu, qaydasız döyüş yarışlarının iştirakçısı Vəlimurad Alxasov üzərində gəzdirdiyi travmatik tapançadan hələlik adı istintaqa məlum olmayan şəxsə atəş açıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva da təsdiqləyib.
O bildirib ki, insident Mahaçqala şəhərinin "Etaji" ticarət mərkəzinin yaxınlığında baş verib.
Belə ki, Alxasov niqabda olan həyat yoldaşı ilə küçədə gəzərkən ətrafdakı şəxslərdən birinin onun arvadına baxması idmançını özündən çıxarıb. Əvvəl sözlə başlayan mübahisə getdikcə daha gərgin xarakter alıb və idmançı üzərində gəzdirdiyi travmatik tapançanı mübahisə etdiyi şəxsə tuşlayıb. Nəticədə bir neçə atəş açılıb.
Xoşbəxtlikdən, münaqişə iştirakçılarından və ətrafdakılardan heç biri xəsarət almayıb. Hadisədən sonra idmançı həyat yoldaşını da götürərək hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin hüquq-mühafizə orqanları əməkdaşları Vəlimurad Alxasovu saxlayıblar. İdmançını Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (xuliqanlıq) ilə cinayət təqibi gözləyir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Kürdəmirdə dəhşətli qətl: Biznesmen küçədə öldürüldü, oğlu isə... – TƏFƏRRÜAT
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













